Türk millətininin tarixinə öz canları və qanları bahasına şərəfli bir səhifə yazan Qafqaz İslam Ordusunun ermənilər tərəfindən azəri türklərinə yönələn soyqırımı dayandırmaq üçün apardıqları savaşdakı şücaəti uzun müddət tarixin gizli qalmış səhifəsi olub.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində Azərbaycan Fotoqrafları Birliyi bu tarixi faktın yüz illik tarixinə geri dönmək və Qafqaz İslam ordusunun döyüş yolunu keçmək qərarına gəlmişdir.
AFB bu ilin may-iyul aylarında Azərbaycan ərazisində Qafqaz İslam Ordusunun döyüş yolunu və bu ərazilərdə olan Şəhid məzarlıqlarını ziyarət etməyi qərarlaşdırmışdır. Əsas məqsəd hər bir Türk Şəhid məzarını ziyarət etməklə kifayətlənməyib, şəhidlərin qanı bahasına azad olunmuş kəndlərin, oranın təbiətinin, insanlarının və ən başlıcası şəhid məzarlarının fotolarını çəkməkdir.
Azərbaycan Fotoqrafları Birliyi təşkil etdiyi bu fotoyürüşlə Azərbaycan regionlarından Qobustan və Şamaxı rayonları ərazisinə olan türk şəhidliklərinin ziyarətinə start verdi. Mayın 9-da AFB və Mirzə Ələkbər Sabir Fondu ilə birlikdə fotoyürüşə başlanıldı. Fotoyürüşdə həmçinin digər ictimai birliklərin – “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin, “Mina Qurbanları Sosial İqtisadi Problemlərinin həllinə Kömək “ İctimai Birliyinin, “Vətəndaşların Rifahı Naminə” İctimai Birliyinin, Mədəni İnkişaf Mərkəzi” İctimai Biriliyinin, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası”nın rəhbərləri da iştirak etdilər.Çəkilmiş foto materiallar əsasında bu ilin sentyabr ayının 15-də – Bakının ermənilər tərəfindən aparılan soyqırıma son verilən tarixi gündə fotosərgi keçirtmək planlaşdırılır.