Andrey Stenin adına beynəlxalq fotojurnalistika müsabiqəsi – hər il 18-33 yaş arası gənc fotoreportyorlar üçün keçirilən beynəlxalq müsabiqədir. Bu, Rusiyada gənc fotoqrafları dəstəkləyən və onların adını dünyaya tanıdan yeganə platformadır. 2018-ci ildə müsabiqə 6000 iş toplamış və iştirakçı-ölkə sayını 77-ə qədər artıraraq, coğrafiyasını genişləndirmişdi. Müsabiqə qaliblərinin fotoişləri Moskva, İstanbul, Keyptaun, Şanxay, Pekin, Qahirə, Berlin, Roma və dünyanın digər şəhərlərində sərgilənib. Hər il müraciətlərin qəbulu «Россия сегодня» Beynəlxalq İnformasiya Agentliyinin peşə borcunu yerinə yetirərkən həlak olan əməkdaşı Andrey Steninin ad günündə – 22 dekabr tarixində başlayır.
Veb sayt: https://stenincontest.ru/
2018-ci ilin qalibləri: https://stenincontest.ru/winners2018/

This slideshow requires JavaScript.

Leave a Reply