Ümumdünya Su-Bataqlıq Əraziləri Günü bütün dünyada bataqlıq ərazilərinin əhəmiyyətini vurğulamaq və bu ekosistemlərin qorunması zərurətinə diqqət çəkmək üçün hər il fevralın 2-də qeyd olunur. Bataqlıqlar biomüxtəlifliklə zəngin ekosistemdir və çoxlu canlılara ev sahibliyi edir. Onlar həmçinin suyun təmizlənməsi, daşqınların idarə edilməsi və iqlimin tənzimlənməsi kimi ekosistem xidmətləri də göstərirlər.

Buna görə də Ümumdünya Su-Bataqlıq Əraziləri Günü insanların bataqlıqların əhəmiyyətini və onların qorunmasının zəruriliyini dərk etmələri və bu ekosistemlərə daha çox diqqət yetirmələri üçün tədbirlər və maarifləndirmə tədbirləri ilə qeyd olunur.

Azərbaycan Fotoqrafları Birliyi olaraq bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Ağgöl ərazisinə fototur təşkil olundu. Bu ərazi 1997-ci ildə İranın Ramsar şəhərində su-bataqlıq ərazilərinə dair imzalanan Konvensiyadakı siyahıya daxil edilmişdir.

Ölkəmiz köçəri quşların köç yolunun üstündə yerləşdiyi üçün onların mühafizəsi üzərimizə böyük məsuliyyət qoyur. Xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsini genişləndirməklə həmin məsuliyyətin öhdəsindən gəlmək üçün ciddi səy göstərilir.

Leave a Reply