Tətbir haqda əlavə məlumat veriləcək!!!!!      

Azərbaycan Fotoqrafları Birliyi yaranmasının 20 illik yubileyi ilə əlaqədar olaraq pulsuz  fotoqrafiya kursları təşkil edir. Fotokursların əsas məqsədi AFB-nin 20 illik yubileyi ilə əlaqədar fotosevərlərə hədiyyə olunur. Foto kursların dərsləri AFB-nin ənənəvi “Açıq qapı” günündə  keçiriləcək. Fotoqrafiya kursunun məqsədi fotoqrafiya həvəsi olanlar, fotoqrafiya yeni başlayanlar, fotokamerası olub istifadə qaydalarını öyrənmək istəyən, sadəcə fotoqrafiya ilə məşğul olmaq üçün fotoaparat almaq arzusunda olanlara faydalı məsləhətlər veriləcək. Fotoq kurslarda fotoqrafiyanın tədrisini AFB-nin fotoqrafları dərs verəcək.

Daha bir yenilik fotoaparatlarda yaranmış problemlər haqında fotoaparat ,obyektivlərin, flaşlərin təmiri üzrə mütəxəsis dəvət olunacaq , yaranmış bütün suallara  mütəxəsis rəyi veriləcək.

Fotokursların iştirakşıları arasında fotomüsabiqələr keçiriləcək. Fotoplenar çəkilişlər və fotogəzintilər təşkil olunacaq. Fotokurslarda iştirak sərbəsdir.

Fotokursda ilk dərsin mövzusu:  Fotoqrafiya giriş, fotoaparatların növləri, istifadə qaydaları, əsas hissələri , yaradıcılıq rejimləri haqda dərsi  Mirnaib Həsənoğlu keçəcək.

Foto kameralarda yaranmış sualları fotoavadanlıqların təmiri üzrə  mütəxəsis Mahir Qəhrəmanov cavablandıracaq.

Tədbirdə iştirak edən peşəkar və həvəskar fotoqraflarla tanış olmaq, fikirlərinizi bölüşmək imkanı olacaq.

Ünvan: Dilarə Əliyeva kücəsi 235 A. 3- mərtəbə.( 28 may metrosunun cıxışı ilə üzbəüz 24 mərtəbəli yeni tikilən biznes mərkəzi. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yan tərəfi. Giriş 28 may martket yazılan qapıdandır)
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun mənzil qərargahı.
Əlaqə telefonu: 070 2124719

Leave a Reply