13 may şəhid Elnur Alahverdizadənin 15 may ad gününə həsr olunmuş ”25” adlı fotosərgisi kecirlmişdir. Sumqayıt dövlət Rəsm qalereyasında şəhidin yaradıcılıqından bəhs edən 25 ədəd foto sərgiləndi.Sərgi #bizsizeborcluyuq kompaniyasının davamı olaraq kecirilirdi. Foto sərgidə onun şəxsi əşyaları, təltif olunduqu medallar, portretləri  sərgilənirdi.  Fotosərgidə Elnurun  şəhid olduqu zaman 25 yaşı olması ilə əlaqədar vaxtı ilə sosial  şəbəkələrdə yayımladıqı street janrındakı çəkdiyi fotoları yer almışdır.

Fotosərgiyə Sumqayıt şəhər sakinləri. Şəhidin oxuduqu məktəbin və onun adını daşıyan sinifin şagirdləri iştirak edirdilər. Fotosərgini Azərbaycan Fotoqrafları Birliyinin təsisçisi Mirnaib Həsənoğlu açaraq , şəhidin həyat yolundandaçışdı, Sumqayıt şəhər icra hakimiyətinin nümayəndəsi cənab Tərlan  Hacızadə şəhidlərin vətən uğrunda döyüşlərdə göstərdiyi igidliyindən danışdı. Yekun olaraq Elnurun anası Süsən xanım oğlu ilə bağlı xatirələrini bölüşdüşdü.

Sərgidəki fotolar tamaşaçılar tərəfindən heyranlıqla qarşılandı.

Foto sərgi Xətai Sənət mərkəzini dəstəyi ilə keçirildi. Sərginin tərtibatı və keçirilməsi Sumqayıtlı fotoqraflar Xəzər Məmmədov, Nail Əhmədov, Mustafa Səfərli tətəfindən edilmişdi. Fotosərgi Azərbaycan Fotoqrafları Birliyinin təşkilatçılıqı ilə həyata keçirildi.

Leave a Reply