Azərbaycan Fotoqrafları Birliyinin “Açıq Qapı” günü toplantısı 29 yanvar 2017-cı il tarixində saat 13-00-da təşkil olunacaq. Toplantıda yanvar ayı ücün nəzərdə tutulmuş “foto hekayə” adlı aylıq fotomüsabiqəyə yekun vurulacaq. Müsabiqədə yer tutan üç qalib sertifikat və hədiyyələrlə təltif olunacaqlar.Tədbirdə 2017-cı ilin fevral  ayı üçün nəzərdə tutulmuş aylıq fotomüsabiqənin mövzusu elan ediləcək.

Tədbirin Yeni ünvanda olmasını nəzərdən qaçırmayın.
Ünvan: Dilarə Əliyeva kücəsi 235 A. 3- mərtəbə.( 28 may metrosunun cıxışı ilə üzbə üz 24 mərtəbəli yeni tikilən biznes mərkəzi. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yan tərəfi.  Giriş 28 may martket yazılan qapıdandır) Ünvan bildirən foto əlavə olunur

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun mənzil qərargahı.
Əlaqə telefonu: 070  2124719

 

 

Leave a Reply