Azərbaycan Fotoqrafları Birliyinin ənənəvi  “Açıq Qapı” günü tədbiri  02 oktyabr  2016-cı ildə saat 13-00 Qeyri Hökümət Təşkilatlarının forumunun qərargahında keçrildi. Tədbirdə 3 ay ərzində keçrilən müsabiqə və sərgilər haqda məlumat verildi və ilk olaraq Çelyabinsk şəhərində kecirilən 7-ci beynəlxalq “Fotofest-2016” haqda Rauf Umudov tədbirin görüntüləri ilə birgə məlumat verdikdən sonra sərgidə iştirak etmiş fotoqraflara Oleq Litvinin, Rauf Umud, Vüqar Əmrullayev, Fərqanə Qasımlı, Dilavər Nəcəfov, Səfiyar Məcnun, İlkin Səlifov,İradə Qədirova, Nadejda Cavad, Zaur Mirzəyev, Vüqar İbadov, Denis Sveçnikov, Tural Nusalov sertifkatları təqdim etdi.

“Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “”Azərbaycan” ölkəyə gələn turistlər üçün məlumat kataloqunun hazırlanması layihəsi çərçivəsində keçirdiyi foto müsabiqənin qaliblərinə sertifikat və mükafatlar təqdim olundu. Müsabiqənin münsiflər heyəti Rüfət Abas,Zaur Mirzəyev, Zenfira Mahmudova fotolar arasından qalibləri təyin etdilər.Birinci yer Araz Adiloğlu,İkinci yerlər İradə Qədirova,Arif Məmmədov, üçüncü yerlər Süleyman Süleymanlı,Fidan Cəfərov,Rəsul Rəhimov layiq görüldülər.Müsabiqəyə AFB təşkilatı dəstək vermişdir.

Qaliblərdən əlavə olaraq kataloqda fotoları çap olunan  fotoqraflara sertifikatlar təqdim olundu.

Sonda Mirnaib Həsənoğlu Gənclər və İdman Nazirliyi və AFB-nin birlikdə təşkil etdiyi foto sərgi  “Azərbaycanda İslam dünyası və multikulturalizm dəyərləri” mövzusunda gənc fotoqrafların sərgisi haqda ətraflə məlumat verdi.

 

Leave a Reply