Azərbaycan Fotoqrafları Birliyi tərəfindən “Açıq Qapı günü” keçiriləcək. Tədbirə AFB üzvləri, peşəkar və həvəskar fotoqraflar dəvət olunurlar.
Tədbirdə

Çelyabinskdə keçirilmiş Fotofest-2018 festivalında iştirak etmiş Rüfət Abas və Ayxan Əhmədov öz təsüratlarını bölüşəcəklər.

Təbrizli fotoqraf Paşa Hadiani öz yaradıcılığı haqqında təqdimat edəcək.

Beynəlxalq foto günləri-2018 yekunları haqqında məlumat veriləcək.

Qafqaz İslam ordusunun izi ilə layihəsi haqqında Mirnaib Həsənoğlu məlumat verəcək.

Açıq Qapı günü 2 iyun 2018-ci il saat 17-00 da keçiriləcək.
Ünvan:  28 May küçəsi 9, (23 saylı məktəblə üzbə-üz)

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ofisinin konfrans zalında

Əlaqə telefonu: 070 2124719

Leave a Reply