Bugün ölkəmizdə “Gözlənməyəni gözlə” mottosu ilə və 7-ci dəfə keçirilən Azərbaycan Qran Prisi baş tutdu. Hava şəraiti çiskinli olaraq təxmin edilsə də, yarışa yaxın aydın bir havaya çevrildi.

Daha öncə cümə günü olan təsnifat yarışının nəticəsinə əsasən Lekler ilk pozisiyada, ardınca Ferstappen, Perez, Saynz, Xemilton ilk 5likdə başlayırdı. Lakin 11-ci dövrədə Perez artıq ilk yerdə irəliləyirdi. 10-cu dövrə AlfaTauri komandasından Nyck de Vries üçün uğursuz oldu – döngəni düzgün dönə biləyərək hərəkətsiz qaldı və oyundan kənarlaşdırıldı. Eyni döngədə daha sonra Lans Strollda təkərini sürtsə də, oyuna davam edirdi. 15-ci dövrədən sonra ilk yer uğrunda mübarizə artıq Perez və Verstappen arasında gedirdi və oyunun sonuna qədər də bu şəkildə davam etmiş oldu.

17-ci dövrənin ilk döngəsində Maqnussen qəza etməkdən son anda qurtuldu. Eyni ilə Lans Strol 19-cu dövrədə qəza etməkdən qaçaraq davam etdi.

15-ci döngədə əvvəl Verstappen daha sonra eyni yerdə komanda yoldaşı təkəri daha çox sürtərək yarışa davam etdi. Oyunun sonlarına doğru qaliblik üçün mübarizə elə onların arasında keçdi və sonda Verstappen 2 saniyə geridə qalaraq Azərbaycan Qran Prisinin qaliblik yerini Perezə verməli oldu. Müsahibə zamanı sezonun hələ uzun olduğu, və bu yarışdan da bir çox şeyləri öyrəndiyini söyləyən Verstappen,öz komanda yoldaşına uduzmuş olsa da, ümumilikdə komandası üçün uğurlu bir gün olduğunu bildirib.

Perez isə müsahibəsində, bəxtinin olduğunu, az qala təkərinin sürtünməsindən dolayı qalibiyyəti əldən verəcəyini bildirdi. Maraqlı fakt olaraq onu qeyd etmək olar ki, meksikalı sürücü Bakıda 1 dəfədən çox qalib olan və Azərbaycanda 5 dəfə podyuma çıxan yeganə pilotdur.

Perez bu Qran Pridən 25 xal alaraq ümumilikdə 87, komanda yoldaşı 18 xal toplayaraq ümumilikdə 93 xal ilə çempionatda lider olaraq qalır.

Ölkəmizdə Formula 1 Qran Prisi ilə yanaşı Formula 2 yarışı da keçirilir. Feature yarışının nəticəsinə görə 3-cü Porşer, 2-ci Fittipaldi və birinci olaraq Bearman bitirirərək qalib oldu.

Mətn/Fotoqraf: Nurlan Tahirli

Leave a Reply