26 Aprel – Formula 1 AzerbaijanGP

Bakı Şəhər Halqası 26 Aprel tarixində hər il olduğu kimi izləyici və fanlar üçün həyəcan dolu bir başlanğıc etməklə yanaşı ilk F1 Praktika sessiyasında izləyiciləri seyrsiz qoyub. Buna səbəb startdan 12 dəqiqə sonra, Williams komandasından George Russell 2-ci ilə 3-cü döngə arasında yürüş edərkən yerüstü kanalizasiyası qapağı yerindən ayrılaraq onun bolidinə ciddi zədə yetirib, belə ki komanda bu maşın üçün yeni şassi hazırlamalı olub. Bu qəza səbəbilə PS1-in dayandırılmağına qərar verilmişdir. Zənnimcə günün ən yaddaqalan anı hər kəs üçün bu olmuşdur.
Yarıda qalan PS1-in ardından Formula2 Sıralama Turu yarım saat gecikmə ilə başlamışdır.
26 Aprel tarixi ən çox Ferrari üçün uğurlu keçmiş, komandanın hər iki sürücüsü ən yüksək nəticələrlə tamamlamışdır.

Leave a Reply