Ötən həftə sonu Bakıda keçirilmiş “Formula 1” üzrə Azərbaycan Qran Prisi ilə əlaqədar ölkə üç gün ərzində dünya mətbuatının gündəmində olub. Yarışda maraqlı anlar yaşanıb. Bu möhtəşəm yarışdan fotoları sizə Ilkin Salifov təqdim edir.

Qeyd edək ki, “Mercedes” komandasının pilotu Lewis Hamilton Azərbaycan Qran Prisinin qalibi olub.

Britaniyalı pilot 1 saat 43 dəqiqə 44 saniyə göstərici ilə rəqiblərini qabaqlayıb. “Ferrari”nin sürücüsü Kimi Raikkonen ikinci, “Force İndia”nın pilotu Sergio Perez üçüncü yeri tutub.

2016-cı ildə Bakıda keçirilmiş “Formula 1” üzrə Avropa Qran Prisinin qalibi “Mercedes”in almaniyalı pilotu Nico Rosberg olub. Ötən il isə Azərbaycan Qran Prisi “Red Bull”un avstraliyalı sürücüsü Daniel Riccardonun qələbəsi ilə yekunlaşıb.​

Fotoqraf Ilkin Salifov

 

Leave a Reply