19-28 noyabr 2021-ci il tarixlərində Türkiyənin Bursa şəhərində 11-ci Beynəlxalq Fotofestival keçirildi. Fesitvala 12 ölkədən 262 fotoqraf , 200 sərgi və 20 təqdimatla qatılmışdır.

Bu festivala qonaq ölkə olaraq Azərbaycan fotoqrafları  bir yeni bir rəng qatmışdır.

Açılış Bursa şəhər bələdiyyəsi tərəfindən dəstəklənmiş, şəhərin mərkəzindən başlayan yürüş  Atatürk mədəniyyət konqres mərkəzində festivalın açılış tədbiri ilə davm etdi.

Bursa Millət vəkili Efkan Ala, Bursa  Böyükşəhər Bələdiyə sədri  Alinur Aktaş, Azərbaycan Respublikasının Türkiyədəki səfiri, cənab Rəşad Məmmədov, Bursa Kent Konseyi ( şəhər şurası ) sədri Şevket Orhan, BUFSAD dərnəyinin sədri, Serpil Savaş, 11-ci Bursa FotoFestinin kuratoru Kamil Firat festival iştirakçılarını salamlayaq festivalı açıq elan etdilər.

TFSF ( Türkiye Fotoqraf Sanatı Federasyonu ) idarə heyətinin sədri Sefa Ulukan və Azərbaycan Fotoqrafları Birliyi adından iştirakçılar qarşısında uzun müddətli qarşılıqlı yaradıcılıq əlaqələri memarandumu imzalamışlar. Eyni zamanda AFB və BUFSAD dərnəkləri ilə ayrıca memarandum imzalanmışdır.

Azərbaycan fotoqraflarını təmsil edən Emil Xəlilov “Fotoqraf olmaq” mövzusu ilə çıxış etdikdən sonra, Rauf Umudov Azərbaycanda fotodərnəklər haqqında məlumat vermiş və jurnalistlərin sulını cavablandırmışdır.

Digər Festival günlərində Emil Xəlilov və İlkin Yaqubov türk fotoqraflarının işlərini qiymətləndirmişdir.

34 Azərbaycan fotoqrafının fotolarından ibarət sərgi tamaşaçılara təqdim olunmuşdur.

Bursa fotofestivalındakı sərgini Azərbaycan Fotoqrafları Birliyi və Yarat müasir incəsənət məkanı tərəfindən təşkil olunmuşdur.

Festival iştirakçıları. Amira Sülüeyman, İlkin Səlifov, Vəli Şükürzadə, Nadejda Cavad, Arzu Mürvətova, Əlizamin Cəfərov, Əziz Kərimov,Dilavər Nəcəfov, Famil Mahmudbəyli, Orxan Əzim, Əzim Mehdiyev, Murad Orucov, Vüqar İbadov, Zaur Mirzəyev, Nurlan Tahirli, Mirnaib Həsənoğlu, Fidan Nazimqızı, Asim Talıb, Orxan Aslanov, Elçin Quliyev, Eldar Əkbərov, Elmar Mustafazadə,Eltac zeynalov, Elturan Məmmədov, Emil Xəlilov, İlham Kişiyev, İlkin Yaqubov, Fəxriyyə Məmmədova, Natavan Rəhimova,Orman Əliyev, Sevinc Aslanova, Tural Rəhmanlı, Natavan Vahabova

Leave a Reply