13 oktyabr 2017-ci ildə “NUR art house” qalereyasında Rusiyanın Fotorəssamlar və Jurnalistlər İttifaqının üzvü Svetlana Komkovanın “ Sən məni çağırırsan Azərbaycan “ adlı beş günlük səfərinin hesabat sərgisi açılacaq.
Bu müəllifin Rusiyanın Foto rəssamlar İttifaqının Başqırtsan reqional şöbəsinin və Azərbaycan Fotoqrafları Birliyinin təşəbbüsü ilə həyata keçirilir. Qısa zaman kəsiyində respublikamızın bir neçə rayonunu gəzmiş fotoqrafın milli ənənəsi, mədəniyyəti və xalq yaradıcılığı ilə ilk görüşüdür.
Fototur sadəcə tanışlıq deyil həm də iki ölkə arasında mədəni əlaqələrin yaranmasına töhvə olacağına əminəm- deyən Svetlana Komkova-bu ölkələrin ümumi dil və mədəniyyətinin xalqlar arasında yaxınlığının göstəricisidir. Azərbaycana gəlmək ən vacib bildiyim arzularımdandır.
“Mən dünyanı belə görürəm” internet jurnalının müəllifi, neçə neçə beynəlxalq sərgilərin diplomantı, “100 let Profsoyuza Rosii” medalı və təşəkkürnaməsi Kamçatka diyarının qubernatoru tərəfindən təltif olunmuşdur.
Hər hadisə kiçik epizodlar üzərində qurulur – deyən müəllif – onlarda ümdə olanı və əlaqələndiciləri olur. Azərbaycanla tanışlıq həyatımda və yaradıcılığımda ən yadda qalanı olacaq.

Leave a Reply