Kamal Babayev

3 iyun 1927-ci ildə anadan olub. Azərbaycan Dövlət Univeristetini bitirib. İş fəaliyyətinə “Pioner” jurnalında müxbir kimi başlayıb. Həyatının yarım əsrdən çoxunu R.Mustafayev adına Dövlət İncəsənət Muzeyinə həsr edib. Bir çox fəxri fərman, diplomlar və mükafatlara layiq görülmüşdür. Yaradıcılığının digər tərəfi mətbuatdır. Belə ki, “Bakı fəhləsi”, “İncəsənət”, “Günay”, “Dalğa”, “Vışka” qəzetlərində əsərləri dərc olunmuşdur. Bir çox beynəlxalq,  ümumittifaq və respublika üzrə fotomüsabiqələrin laureatı, jurnalistlər İttifaqının və Azərbaycanın Fotoqraflar Birliyinin üzvüdür. 2000 və 2003-cü illərdə fərdi sərgiləri keçirilmişdir.