Azərbaycan Fotoqrafları Birliyi (AFB) ictimai, yaradıcılıq, qeyri-kommersiya təşkilatı olub açıq cəmiyyət, könüllülük və özünüidarə prinsiplərinə əsaslanır. Birlik Azərbaycan Respublikasının Konstitusiyasına və təşkilatın Nizamnaməsinə uyğun fəaliyyət göstərir. AFB 1998-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 1073 nömrəli şəhadətnamə ilə qeydə alınmışdır.

1990-cı ilin əvvəlində, SSRİ-nin dağıldığı vaxt işlək strukturlar fəaliyyətdən düşdü və tamamilə aydın bir zərurət yarandı ki, təcrübəli, həvəskar, peşəkar, bir sözlə, fotoqrafiyanı sevən hər kəsi birləşdirmək iqtidarında olan bir təşkilat qurmaq lazımdır. O zamanlar təşkilatlanmaqda Fransanın Nant şəhərində “Azərbaycan fotoqrafları” sərgisinin nümayişi bizim üçün ciddi və səfərbəredici amil rolunu oynadı. Sərgi 1995-ci ilin noyabrında baş tutdu, 24 fotoqrafın 105 əsəri göstərildi. Nümayişin uğuru gözlənildiyindən də artıq oldu, fotoqraflarımız yaradıcıqlarına, özlərinə qarşı böyük maraq hiss etdilər, ictimai rəy, bu gözəl peşəyə münasibət də kökündən dəyişdi. Fransa fotosərgisindən sonra düz 3 il mübahisə-müzakirələr oldu, nizamnamə yazıldı, müxtəlif maneələr dəf edildi, təşəbbüs qrupu yaradıldı ki, o da işi məntiqi sonluğa çatdıra bildi: birlik 1994-cü ildən faktiki olaraq işləsə də, hüquqi statusa malik deyildi, amma indi o, rəsmi qeydiyyata alındı.

AFB-nin əsas məqsəd və vəzifəsi milli foto sənətini inkişaf etdirmək, ölkədə və xaricdə onun nailiyyətlərini yaymaq, foto irsimizdən yaradıcılıqla bəhrələnib onu qorumaqdır. AFB foto sənətimizin təbliği və inkişafı məqsədilə sərgilər, müsabiqələr, festivallar, ustad dərsləri və yaradıcılıq seminarları keçirir, Azərbaycan və xarici fotoqrafların iştirakı ilə konfranslar, simpoziumlar təşkil edir, həmçinin, həvəskar fotoqraflar hərəkatlarına hər cür dəstək verir.

Azərbaycan Fotoqrafları Birliyinin təsisçiləri

1998–ci il. Qanuni təsisçilər:

Rəfael Qəmbərov, Asim Talıb, Namiq Məmmədov, Mirnaibli Həsənov

Azərbaycan Fotoqrafları Birliyinin birinci Nizamnaməsinin qəbulu

Qeydiyyat № 1073.(25.06.2011-ci il).

Azərbaycan qanunvericiliyinə əsasən, Azərbaycan Fotoqrafları Birliyinin Nizamnaməsinə edilən dəyişiliklər

Nizamnamənin II redaktəsi.Azərbaycan Fotoqrafları İctimayi Birliyinin Təsisciləri 2011 –ci il.

Hazırki qanuni təsisçiləri

Mirnaibli Həsənov, Rafael Qəmbərov

Azərbaycan Fotoqrafları Birliyinin adı “Azərbaycan Fotoqrafları İctimai Birliyi” kimi qəbul edilmişdir.

1999-cu ilin fevral ayında Azərbaycan Fotoqrafları Birliyinin təsis konfransı keçirildi.

1999-cu ilin fevral ayından 2007-ci ilin noyabr ayınadək Rafiq Qəmbərovun AFB idarə heyətinə sədrliyi dövrü olub.

İdarə heyətinin üzvləri: I Konfrans: Hüseyn Hüseynzadə, Fərid Məmmədov, Sara Nəzirova. Oleq Litvin, Fərid Xayrulin, Asim Talıbov, Sənan Ələsgərov, Fərid Məmmədov, Namiq Məmmədov, Rafiq Bağırov, Sevdim Hüseynzadə, Kamal Babayev, Xalid Əsgərov.

2004-cü ilin noyabr ayı, Azərbaycan Fotoqrafları Birliyinin II konfransı.
İdarə heyətinin üzvləri: II Konfrans: Hacı Akif Ağayev, Rauf Nəsirov, Fərid Məmməadov, Sara Nəzirova, Sənan Ələsgərov, Hüseyn Hüseynzadə, Mirnaib Həsənoğlu, Çingiz Səmədzadə.

2007-ci il Azərbaycan Fotoqrafları Birliyinin III konfransı.

2007-ci il noyabr – 2009-cu iyun Şahin Hüseynovun AFB İdarə Heyətinə sədrliyi dövrü.
İdarə heyətinin üzvləri: Əqdes Bağırzadə, Fərid Məmmədov, Sənan Ələsgərov, Emil Xəlilov, Mirnaib Həsənoğlu, Fəxriyyə Məmmədova.

2009-cu il Azərbaycan Fotoqraflar Birliyinin növbədənkənar konfransı..

2009-cu il iyun-2011-ci il yanvar: Asiyat Fətullayevanın AFB idarə heyətinə sədrliyi dövrü.
İdarə heyətinin üzvləri Əqdes Bağırzadə, Fərid Məmmədov, Sənan Ələsgərov, Emil Xəlilov, Mirnaib Həsənoğlu, Fəxriyyə Məmmədova.

2011-cı il Azərbaycan Fotoqrafları Birliyinin IV konfransı.

2011-ci ilin fevralayı: Mirnaib Həsənoğlunun AFB İdarə Heyətinə sədrliyi dövrü.
İdarə heyətinin üzvləri: Anna Süleymanova, Sevinc Aslanova, Nətavan Qafarova, Mehdi Abbasov, Etibar Məmmədov, Rauf Umudov, Həbib Muradov.

2013-cü il Azərbaycan Fotoqrafları Birliyinin ümumi iclası.

2013-cü ilin fevral ayı: Mirnaib Həsənoğlunun AFB idarə heyətinə sədrliyi dövrü.
İdarə heyətinin üzvləri: Rauf Umudov, Zaur Mirzəyev, Zemfira Mahmudova, Xanım Əliyeva, Xaliq Əliyev.

2013-cı il Azərbaycan Fotoqrafları Birliyinin ümumi iclası.

2015-ci ilin fevral ayı: Mirnaib Həsənoğlunun AFB idarə heyətinə sədrliyi dövrü.
İdarə heyətinin üzvləri: Rauf Umudov, Vüqar Əmrulayev, Fərqanə Qasımova, Xanım Əliyeva, Pəri Arifqızı, İradə Qədirova, Səfiyar Məcnunov.