• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

TÜRKİYƏ SEVGİSİ AZƏRBAYCANDA – ONLAYN FOTO SƏRGİ

Azərbaycan Fotoqrafları Birliyi (AFB) və Türkiyə Fotoqrafiya Sənəti Federasiyası (TFSF) arasında mədəni və yaradıcı əməkdaşlıq çərçivəsində qarşılıqlı onlayn foto sərgilər təşkil olunur.

“Türkiye Aşkı Azerbaycan’da” adlı sərgidə 30 türkiyəli fotoqrafın əsərləri AFB-nin rəsmi veb saytında nümayiş etdirilir. Eyni zamanda, “Azərbaycan fotoqraflarının gözü ilə” adlı sərgidə azərbaycanlı fotoqrafların əsərləri Türkiyə tərəfinin internet platformasında təqdim olunur.

Bu təşəbbüs iki qardaş ölkənin fotoqrafları arasında yaradıcılıq əlaqələrinin genişləndirilməsinə, qarşılıqlı təcrübə mübadiləsinə və fotoqrafiya sənəti vasitəsilə mədəni körpülərin möhkəmləndirilməsinə xidmət edir.

Türkiyə sərgisinin kuratoru: Burak Şenbak.