Süleyman Amira Nəcəf qızı
Azərbaycan Fotoqrafları Birliyinin sədri
1985-ci il may ayının 10-da Bakının Əmircan kəndində anadan olmuşdur. Amira Süleyman 2004-cü ildən peşəkar fotoqraf kimi fəaliyyət göstərir. 2010-cu ildən Azərbaycan Fotoqrafları Birliyinin üzvüdür. Fotoqrafiyanı daha mükəmməl və dərindən öyrənmək üçün Azərbaycan Fotoqrafları Birliyinin nəzdində Fotoqrafiya məktəbinin 3 aylıq kursunu uğurla bitirmişdir. Daha sonralar Ankara və Bursada foto dərsləri almış, seminarlarda iştirak etmişdir. 2022-ci ildə birliyin İdarə heyətinin üzvü və sədr müavini seçilmiş, 2023-cü ildən Birliyin sədri vəzifəsini icra edib. 2024-cü ildə AFB ümumi iclasında səsvermə yolu ilə Birliyin sədri seçilmişdir.
2013-cü ildən SOCAR-ın “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətində fotoqraf vəzifəsində çalışıb.
