“Məni və özünü qoru!”aksiyası Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən keçirilir. Aksiya “sosial estafet” formatında və “məsuliyyətini vizuallaşdır” məzmununda keçirilir.
1. Sosial estafetdə istənilən gənc iştirak edə bilər.
2. İştirakçı özünün “Bu gün/indi mən nə edirəm?” sualına cavab verən foto/videosunu (qısa, Tik-tokdakı kimi) paylaşmalı (foto və videoda bir və ya bir neçə insan görüntülənə bilər) və 5 dostunu qeyd etməklə estafeti onlara ötürməlidir.
Facebook üçün: Paylaşımlar “Məni və özünü qoru” adlı səhifədə edilməlidir. İnstaqram üçün: Paylaşımlar iştirakçının şəxsi səhifəsində edilir və @meniveozunuqoru səhifəsi qeyd olunur.
3. Paylaşılan foto/video karantin qaydalarını pozan görüntü əks etdirməməlidir.
4. Paylaşımlar üçün “hər kəs üçün açıq” (“доступно всем”, “public”) funksiyası seçilməlidir.
5. Paylaşılan foto/video mütləq aşağıdakı mətn ilə verilməlidir:

Əziz dostlarım. Bu foto/video ilə “Məni və özünü qoru” aksiyasına qoşuluram. Çünki, mən – məsuliyyətliyəm, özümü və sizi qorumaq üçün qaydalara riayət edirəm, ölkəmin bu bəladan tezliklə çıxmağını istəyirəm, həkimləri düşünürəm, iqtisadiyyata az zərbə vermək istəyirəm, asosial davranışı tənqid edirəm! (bunlardan birini, bir neçəsini seçmək olar və ya özünüz əlavə bir səbəb yaza bilərsiniz).

Bu gün mən________________ (foto/video görüntüsündən aslı olaraq dəyişir: “Mən evdəyəm”, “Mən məşq edirəm”, “Mən yemək hazırlayıram”, “Mən alış-veriş edirəm” və s.)

Bu fotomu/videomu paylaşmaqla sosial estafeti __________ (kimdən) qəbul etdim və adlarını qeyd etdiyim 5 dostuma ötürürəm.
#bizbirlikdegucluyuk #sosialmesuliyyet #meniveozunuqoru #GənclərvəİdmanNazirliyi #MysGovAz#GIN

 

Leave a Reply