• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

Derbidə 6 qol, son dəqiqələrdə dram! - Fotolar

Azərbaycan futbolunun ən prinsipial qarşılaşmalarından biri bu dəfə əsl futbol dramına çevrildi. Misli Premyer Liqasının VIII turunda 13 500 azarkeşin izlədiyi derbidə “Neftçi” 3:1 hesabı ilə önə keçsə də, “Qarabağ” son dəqiqələrdə möhtəşəm geri dönüş edərək hesabı bərabərləşdirdi.

Qustavo Klisman dubl etdi, Draqolyub Saviç də “Neftçi”nin qələbəsinə yaxınlaşdıran qola imza atdı. Lakin Aleksey Kaşuk, Renaldo Sefas və Kadi Borqesin qolları dramatik qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirdi — 3:3!

Qurban Qurbanovun komandası sona qədər mübarizə apararaq məğlubiyyətdən qaçdı. Bundan cəmi bir həftə əvvəl “Qarabağ” Azərbaycan çempionatlarındakı 1000-ci oyununu keçirmişdi.

Misli Premyer Liqası | VIII tur
Tofiq Bəhramov adına Respublika stadionu

Fotolar: Cəbrayıl Usubov (AFB)

gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image