-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
Azərbaycan xalqının şanlı tarixində əbədi iz qoymuş 44 günlük Vətən müharibəsində qazanılan Böyük Qələbənin beşinci ildönümü münasibətilə Biləsuvarda “Zəfər” Musiqi və Teatr Festivalı çərçivəsində “Zəfərin ruhu” adlı foto və rəsm sərgisi təşkil olunub.
Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Fotoqrafları Birliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə Biləsuvar Dövlət Rəsm Qalereyasında keçirilib.
Sərgidə rəsmilər, incəsənət nümayəndələri və ictimaiyyətin fəal üzvləri iştirak ediblər.
Çıxış edənlər Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətini vurğulayaraq, şəhidlərimizin əziz xatirəsini yad edib və Azərbaycan Ordusunun qəhrəmanlığını yüksək qiymətləndiriblər. Eyni zamanda, Qarabağda aparılan quruculuq işlərinin incəsənət vasitəsilə təqdim edilməsinin mədəni baxımdan əhəmiyyətinə toxunulub.
Sərgidə nümayiş olunan foto və rəsm əsərləri Zəfər ruhunu, milli birliyi və azad Qarabağın füsunkar təbiətini sənətkarların baxış bucağından əks etdirib.
Tədbirin əsas məqsədi Böyük Qələbənin tarixi dəyərini incəsənət vasitəsilə təbliğ etmək və gənc nəsildə vətənpərvərlik duyğularını möhkəmləndirməkdir.
Sərgidə tanınmış fotoqraflar Şahvələd Eyvazov, Nurəhməd Vəliyev, Oleq Litvin, İlqar Cəfərov, Kərəm Nəbiyev, Xalid Əsgərov, Əli Qafarov, Rafiq Bağırov, Fərqanə Qasımlı, Nurlan Tahirli, Nail Əhmədov, Kamran Əsədov, Vüqar İbadov, İlkin Səlifov, Fariz Əliyev, Mirnaib Həsənoğlu, Araz Adil oğlu, Vüqar Əmrullayev və Famil Mahmudbəylinin foto əsərləri nümayiş olundu.
