• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Zamanı dayandıran gecə” adlı fotosərgi keçirildi

Azərbaycan tarixinin ən faciəli, qanlı hadisələrindən olan Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyində “Zamanı dayandıran gecə” adlı fotosərgi keçirildi. Sərginin təşkilində əsas məqsəd 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermis faciənin həqiqətlərini  geniş auditoriyaya çatdırmaq, şəhidlərin əziz xatirəsini yad etmək, gələcək nəsillərə tarixi həqiqətləri ötürməkdir. Sərgidə  Xocalı faciəsinə həsr olunmuş  fotolar, sənədlər və nəşrlər nümayiş olunur.

Sərgidə ilk dəfə Xocalı sakinləri, Azərbaycan Respublikasının Milli Qəhrəmanı, mayor Tofiq Mirsiyab oğlu Hüseynova aid fotoşəkillər, Murad Şükürova məxsus sənədlər və qatlama bıçaq da sərgilənir. Nümayiş olunan şəkillər içərisində 26 fevral 1992-ci ildə rusiyali jurnalist Viktoriya İvleva tərəfindən çəkilən, faciənin dərinliyini göstərən foto da yer alır. 

Sərgidə Oleq Litvin, Xalid Əsgərov, İlqar Cəfərov, Sahvələd Eyvazov, Mirnaib Həsənoğlunun və ilk dəfə olaraq Eduard Ponyaqinin aerofotoları nümayiş olunur.

Qeyd edək ki, sərgi Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Fotoqrafları Birliyinin təşkilatçılığı ilə keçirilir.

Fotolar: Vaqif Rəhimov