• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

WUF13-də növbəti gün: Vacib məsələlər müzakirə edilib - Fotolar

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində şəhərsalma, iqlimə davamlı urbanizasiya və dayanıqlı inkişaf mövzularına həsr olunan müzakirələr davam edir.

Geniş tədbirlər proqramı ilə yadda qalan forumun üçüncü günündə qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik, həmçinin dayanıqlı nəqliyyat kimi mühüm mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Günün xüsusilə diqqət çəkən hadisələrindən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Forumun dördüncü günündə isə “Siyasət, sənədlər və maddi resurslar: böhranlara hazırlıq və onlara cavab tədbirlərinin təmin edilməsi üçün potensialın gücləndirilməsi” mövzusunda xüsusi təlim təşkil edilib.

Bundan başqa, forum çərçivəsində Azərbaycan Hökuməti və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) dayanıqlı şəhər inkişafı sahəsində yeni qlobal mükafat – Bakı Şəhərsalma Mükafatının (Baku Urban Award) təsis olunduğunu elan ediblər.

Fotolar: Nadejda Cavad (AFB)