• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

WUF13 çərçivəsində  “Urban Expo” sərgisinin açılışı baş tutub

Mayın 18-də Bakı şəhərində təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ikinci günü çərçivəsində “Urban Expo” sərgisinin açılışı olub.

Şəhərsalma və mənzil təminatı sahələrində innovativ yanaşmaları təqdim edən sərgidə 82 ölkədən 260 təşkilat və qurumun iştirak etdiyi 130-a yaxın pavilyon nümayiş olunur. Ümumilikdə 41 ölkəni təmsil edən milli pavilyonlar arasında ən böyüyü – 1500 kvadratmetr ərazini əhatə edən Azərbaycan pavilyonu iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

17–22 may tarixlərində “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçirilən WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikası Hökumətinin birgə təşkilatçılığı ilə baş tutur. Forum minlərlə iştirakçını, o cümlədən dövlət və hökumət başçılarını, nazirləri, merləri, biznes nümayəndələrini, akademik çevrələri və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirir.


Fotolar: Nadejda Cavad (AFB)