• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

"Urban Kod” Fotosərgisi

“Urban Kod” fotosərgisi müasir şəhər mühitinin estetikası, memarlıq dili və urban dinamikasının fotoqrafiya vasitəsilə bədii ifadəsini əhatə edir. Sərgidə təqdim olunan əsərlər şəhərin ritmini, memarlıq formalarının vizual harmoniyasını və gündəlik urban həyatın müxtəlif qatlarını fərqli rakurslardan tamaşaçıya çatdırır.

Fotosərgi şəhərə yalnız fiziki məkan kimi deyil, həm də vizual kodlar, insan axını və zamanın izlərini daşıyan canlı bir mühit kimi yanaşır. Müxtəlif üslub və baxış bucaqları vasitəsilə şəhərin estetik dili, işıq-kölgə münasibətləri və müasir urban atmosferi ön plana çıxarılır.

“Urban Kod” fotosərgisi “Şəhərsalma və Memarlıq İli”nə həsr olunur.

Tarix, saat: 15 may 2026, saat: 16:00
Ünvan: Milli Azərbaycan Tarixi Muzeyi, Hacı Zeynalabdin Tağıyev küçəsi, 4.

Fotoqraflar:
Aydın Mehdiyev, Amira Süleyman, Kamran Əsədov, Vüqar İbadov, Mirnaib Həsənoğlu, Əhməd Hətəmzadə.

Şəhərin ritmini, memarlığın estetik kodlarını və urban həyatın vizual enerjisini birlikdə kəşf etməyə dəvət edirik. 
Fotosərgi Azərbaycan Memarlıq və İnşaat Unversiteti, Azərbaycan Fotoqrafları Birliyi, Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən təşkil olunur.