"Sabah BC" öz meydanında "Landau Lions"a qalib gəldi - Fotolar
Azərbaycan Basketbol Liqasının (ABL) yeni mövsümünün açılış matçında "Sabah BC" öz meydanında "Landau Lions" üzərində 84:74 hesablı dramatik geridönüş qələbəsi qazandı.
Görüşün ilk üç çərəyində müdafiə presinqini yüksək tutan qonaqlar fasiləyə və son çərək öncəsinə üstünlüklə yollandı (34:31, 59:55). Lakin həlledici dördüncü çərəkdə oyunun ritmini tam nəzarətə götürən "Sabah BC", bitməyə 5 dəqiqə qalmış tablodakı 67:67 bərabərliyindən sonra üstünlüyü ələ keçirdi.
Son dəqiqələrdə J.J. Frazier (25 xal), Gerry Blakes (21 xal) və Frankie Fidler-in (#35, 12 xal) fərdi ustalıqları ilə 29:15-lik çərək seriyası yaxalayan ev sahibləri, yeni mövsümə möhtəşəm start verdi. İradə və taktik intizamın qalib gəldiyi bu qarşılaşma,
Nəticə: Sabah BC 84 – 74 Landau Lions (14:17, 17:17, 24:25, 29:15)
Fotolar: Cəbrayıl Usubov (AFB)
