• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

Paytaxt derbisində hesab açılmadı

Oktyabrın 9-da Misli Premyer Liqasının VII turu çərçivəsində “Neftçi” və “Sabah” komandaları üz-üzə gəlib. “Palms Sports Arena”da keçirilən və böyük marağa səbəb olan paytaxt derbisi qolsuz bərabərliklə başa çatıb – 0:0.
Turnir cədvəlinin ilk iki pilləsində qərarlaşan komandaların qarşılaşması ilk dəqiqələrdən gərgin və mübarizəli oyunla yadda qalıb. Hər iki tərəf hücumlar təşkil edərək hesabı açmağa çalışsa da, yaranan imkanlardan istifadə edə bilməyib. Xüsusilə ikinci hissədə meydandakı fiziki mübarizə, sərt ikili qarşıdurmalar və hakim qərarları ətrafında yaşanan mübahisələr matçın emosional gərginliyini artırıb.

Görüşün diqqətçəkən məqamlarından biri də tribunadakı atmosfer olub. Qarşılaşmanı stadiondan izləyən 7076 tamaşaçı arasında “Neftçi” azarkeşləri xüsusi fəallıqları ilə seçiliblər. Klubun tarixi və ənənələrinə həsr olunan, üzərində “Atadan oğula keçən ənənə” yazılmış irihəcmli xoreoqrafiya oyuna xüsusi rəng qatıb.

90 dəqiqəlik mübarizəyə baxmayaraq, tərəflər rəqib qapısına yol tapa bilməyib və yekunda hərəyə bir xalla kifayətləniblər. Bu nəticədən sonra “Neftçi” 16 xalla turnir cədvəlinin lideri olaraq qalıb. Eyni xala malik, lakin bir oyun az keçirmiş “Sabah” isə ikinci pillədə qərarlaşıb. 

Məkan: Palms Sports Arena, Bakı

Turnir: Misli Premyer Liqası, VII tur

Fotolar: Cəbrayıl Usubov (AFB)

gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image