• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

Müstəqil və Frilans Fotojurnalist Mükafatı

Müstəqil və frilans fotojurnalist mükafatı üç kateqoriya üzrə müstəqil vizual reportaj sahəsindəki üstün nailiyyətlərə görə təqdim olunur: son xəbərlər (spot news), ətraf mühit və həll yolları (solutions). Hər kateqoriyanın qalibi 5000 ABŞ dolları məbləğində pul mükafatı əldə edir və hər il üç bərabərhüquqlu qalib müəyyən olunur.

Fotojurnalistika ciddi etik standartlar tələb edir. Təsvirlər manipulyasiya, dəyişiklik və ya təhrif olmadan hadisələrin dəqiq və dürüst təqdimatı olmalıdır. Dürüstlük və tərəfsizlik fundamental əhəmiyyət kəsb edir.

İştirakçılar təcili, kifayət qədər işıqlandırılmayan və ya mühüm qlobal problemlərə həsr olunmuş hər kateqoriya üzrə 12 təsvirdən ibarət bir foto-essesini təqdim edə bilərlər.

Bu mükafat vasitəsilə Xposure müstəqil fotojurnalistləri dəstəkləyir, məlumatlandıran, mühüm məsələləri gündəmə gətirən və bütün dünyada əks-səda doğuran vizual hekayəçiliyin imkanlarını genişləndirir.

MÜRACİƏT ÜÇÜN SON TARİX:

1 oktyabr 2026-cı il, saat 23:00 GMT – Birləşmiş Ərəb Əmirlikləri standart vaxtı ilə (UTC +4)

Xposure - hər il Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində keçirilən fotoqrafiya, kinomatoqrafiya və vizual hekayəçilik üzrə beynəlxalq platformadır. O, aparıcı fotoqrafları, kinorejissorları və sahə mütəxəssislərini öz əsərlərini təqdim etmək, fikir mübadiləsi aparmaq və qlobal auditoriya ilə ünsiyyət qurmaq üçün bir araya gətirir.

Ətraflı: https://ifpa.xposure.net