• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

Milli mətbuatın 150 illiyi münasibətilə Naxçıvan Şəhər İcra Hakimiyyətində tədbir keçirilib

İyulun 21-də Naxçvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycanda milli mətbuatın yaranmasının 150 illik yubileyinə” həsr olunmuş “Milli mətbuat 150 il” adlı  tədbir keçirilib. 
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib. 
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Təhminə Babayeva, “Şərq qapısı” qəzetinin gənc əməkdaşı, jurnalist Rafiq Təhməzov çıxış edərək 22 iyul – Milli Mətbuat Gününün ölkəmizdə söz və fikir azadlığının, milli düşüncənin, maarifçiliyin və vətənpərvərliyin təntənəsi kimi qeyd edilməsi barədə fikirlərini bölüşüblər. 

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxışında bildirib ki, Azərbaycan mətbuatının 150 illik tarixi, sözün əsl mənasında, xalqımızın maariflənməsi, ictimai düşüncənin formalaşması və milli ideologiyanın bərqərar olması yolunda keçdiyi şərəfli və əzablı bir yoldur. Həsən bəy Zərdabinin əsasını qoyduğu bu müqəddəs yol bu gün müasir Azərbaycanın azad, peşəkar və milli maraqlara xidmət edən mətbuat orqanları ilə uğurla davam etdirilir. 


Naxçıvan Muxtar Respublikasının media nümayəndələrinin təltif edilməsi haqqında
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Sərəncamı 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq qərara alıram: 

1. Naxçıvan Muxtar Respublikasında media sahəsində xüsusi xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar jurnalist” fəxri adı verilsin:

Əzimova Sara Nurəddin qızı
Mirzəyeva Məhəbbət Bədəl qızı
Şirəliyeva Şəhla Kifayət qızı.

2. Naxçıvan Muxtar Respublikasında media sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə 

Babayev Məmməd İlqar oğlu
Hüseynov Rövşən Qurbanəli oğlu
Quliyev Nicat Vəli oğlu
Məhərrəmov Aqşin Məhərrəm oğlu
Məhərrəmov Cəmil İldırım oğlu
Məmiyev Röyal Məhərrəm oğlu
Məmmədov Ceyhun Eyvaz oğlu
Mirzəyeva Sona Rövşən qızı 
Rəsulova Ruhiyyə Hacı qızı
Talıbova Səadət Mənsim qızı

“Rəşadətli əməyə görə” nişanı ilə

Balayeva Çinarə İsa qızı
Mahmudova Kifayət Namik qızı
Məmmədov Novruz Namidər oğlu
Nur Günel Alməmməd qızı
Tahirli Rəmzi Surxay oğlu
Xudiyev Əli Rza oğlu.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisi sədrinin birinci müavini

Bəxtiyar Məmmədov

Naxçıvan şəhəri, 21 iyul, 2025-ci il