• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

“İpək Yolu” (Silk Road Tour) Dünya Kuboku - Fotolar

Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Su İdmanı Sarayında təşkil olunan üzgüçülük üzrə “İpək Yolu” (Silk Road Tour) Dünya Kuboku 1 oktyabr 2026 ci il tarixində ikinci yarış günündə səhər seansı maraqlı və gərgin mübarizəyə səhnə olub.

Azərbaycan təmsilçilərindən Abdurrəhman Rüstəmov, Amin Oruclu, Anastasiya Boborıkina, Fərhad Şirməmmədli, Mehri Abdurəhmanlı, Məryəm Cavadova, Ramal Sadıqlı, Ramil Vəlizadə, Oqtay Hüseynov, Səid Həmidov, Süleyman İsmayılzadə, Vlastilina Xasyanova və Yeqor Maynitski ümumilikdə 8 növdə bacarıqlarını nümayiş etdiriblər. Kişilərin 1500 metr məsafəyə sərbəst üsulla yarışı gərginliyi və dinamikası ilə diqqət çəkib. 60 dövrəlik yarışda hər kəsdən sürətli olan belçikalı Lukas Anvo (14:34,98) birinci olub. Onu Almaniya təmsilçisi Sven Şvarts (14:35,41) izləyib. ABŞ idmançısı Karson Foster (14:40,83) üçüncü yerə çıxıb. Yeqor Maynitski 200 metr məsafəyə qarışıq növdə (2:03,69), Anastasiya Boborıkina isə 100 metr məsafəyə brass üsulu ilə yarışda (1:15,32) Azərbaycan rekorduna imza atıb. 50 metr məsafəyə brass üsulu ilə yarışda Yeqor Maynitski, 100 metr məsafəyə sərbəst üsulla yarışda Ramal Sadıqlı, 1500 metr məsafəyə sərbəst üsulla yarışda isə Amin Oruclu və Fərhad Şirməmmədli şəxsi rekordlarını yaxşılaşdırıblar.

Fotolar: Mahir Əhmədov (AFB)
 

gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image