• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

Insta360 və Leica Qlobal Foto və Video Müsabiqəsini Elan Etdi: 150.000$+ Mükafat Fondu!

Yaradıcılığınızı qlobal miqyasda nümayiş etdirmək vaxtıdır! Insta360 brendi Leica-nın dəstəyi ilə Insta360 Global Awards 2026 müsabiqəsini elan edir. Dünyanın hər yerindən olan kontent yaradıcıları üçün nəzərdə tutulmuş bu müsabiqə 100-dən çox mükafat və $150,000-dan çox ümumi mükafat fondu təklif edir.

📌 Müsabiqə Kateqoriyaları:

Müsabiqə 6 fərqli mövzu üzrə keçirilir:

  • Street (#Insta360StreetShot): Şəhər həyatı, arxitektura və gündəlik kadrlar.

  • Travel (#Insta360TravelShot): Mənzərələr, səyahətlər və kəşf olunası məkanlar.

  • Life (#Insta360LifeShot): İnsan münasibətləri, ailə və emosiyalar.

  • Portrait (#Insta360PortraitShot): Üzlər, ifadələr və insan fokuslu vizual hekayələr.

  • Sports (#Insta360SportsShot): Dinamik hərəkətlər və idman həyəcanı.

  • Night (#Insta360NightShot): Gecə mənzərələri və aşağı işıqda çəkilmiş kadrlar.

🏆 Mükafatlar:

  • İllik Video Mükafatı (3 qalib): $7,500+ dəyərində mükafat paketləri (Leica D-Lux 8 kamera, Insta360 Luna Ultra Creator Bundle, Antigravity A1 Drone Bundle, 1q Qızıl kolleksiya əşyası və $3,000 nağd pul).

  • Kateqoriya üzrə Ən Yaxşı Video (24 qalib): $2,400+ dəyərində mükafat paketləri ($1,200 nağd pul + Insta360 avadanlıqları).

  • Aylıq Video Mükafatları (24 qalib): $250+ dəyərində mükafat və aksessuarlar.

  • Əlavə İmkanklar: Rəsmi kontent tərəfdaşlığı, Insta360 tərəfindən qlobal təbliğat və rəsmi iştirakçı sertifikatı.

📝 İştirak Qaydaları və Tələblər:

  1. Cihaz Tələbi: Bütün işlər yalnız Insta360 və ya Antigravity cihazları ilə çəkilməlidir. Original .insv (videolar üçün) və ya EXIF məlumatı saxlanılmış .jpg/.png (fotolar üçün) faylları saxlanılmalıdır.

  2. Format:

    • Videolar: 30 saniyə – 3 dəqiqə arası (MP4/MOV).

    • Fotolar: Tək şəkil (Maksimum 20MB, uzun tərəfi minimum 3000px).

  3. Sünilik və AI: Baza montaj və rəng korreksiyasına icazə verilir, lakin işin orijinallığını dəyişən AI kontentlərə icazə verilmir.

📅 Mühüm Tarixlər:

  • Müraciətlərin başlanması: 15 İyun 2026

  • Müraciətlərin bitməsi: 31 Oktyabr 2026

  • Qaliblərin elan olunması: 30 Noyabr 2026

🚀 Necə Qoşulmaq Olar?

Müsabiqəyə 3 yolla qoşula bilərsiniz:

  1. Sosial Şəbəkələrdə: İşi paylaşarkən rəsmi səhifəni tağ edin və #Insta360LeicaAwards daxil olmaqla müvafiq kateqoriya heşteqini əlavə edin.

  2. Rəsmi Sayt: Insta360 Awards saytına daxil olaraq formanı doldurun.

  3. Insta360 Tətbiqi: Tətbiq daxilindəki icma (Community) bölməsində müvafiq heşteqlərlə paylaşın.