-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
Azərbaycan Fotoqrafları Birliyi (AFB) tarixində ilk dəfə beynəlxalq səviyyədə tanınan fotoqrafiya sertifikatını təqdim edib.
AFB ilə Böyük Britaniyada fəaliyyət göstərən City & Guilds beynəlxalq sertifikatlaşdırma qurumu arasında qurulan əməkdaşlıq çərçivəsində keçirilən fotoqrafiya təlim kursunu uğurla başa vuran Fərhad Sultanov beynəlxalq sertifikata layiq görülüb.
Təqdim edilən sertifikat City & Guilds tərəfindən tanınan və təsdiqlənən peşəkar fotoqrafiya təlimini əhatə edir. Sertifikat proqramı fotoqrafiyanın əsas və ixtisaslaşmış istiqamətlərini özündə birləşdirir:
- peşəkar fotoqrafiya,
- fotojurnalistika,
- foto sənəti,
- memarlıq və reklam fotoqrafiyası,
- foto-turizm,
- texniki fotoqrafiya və digər sahələr.
Sertifikat Azərbaycan Fotoqrafları Birliyinin sədri Amira Süleyman və City & Guilds tərəfindən sertifikatlaşdırılmış mütəxəssis Ayxan Əhmədov tərəfindən imzalanıb.
Bu hadisə Azərbaycan fotoqrafiyası üçün yeni mərhələnin başlanğıcı hesab olunur. İlk dəfə olaraq yerli fotoqrafiya qurumu beynəlxalq sertifikatlaşdırma sisteminə inteqrasiya edərək, azərbaycanlı fotoqrafların beynəlxalq səviyyədə tanınması və rəqabət qabiliyyətinin artırılması istiqamətində real addım atıb.
Azərbaycan Fotoqrafları Birliyi qarşıdakı dövrdə bu formatda yeni beynəlxalq sertifikatlı təlim və proqramların həyata keçirilməsini planlaşdırır.
Azərbaycan fotoqrafiyası artıq lokal çərçivəni aşır, dünya standartlarına doğru addımlayır.
