03.08.2026
Güləş üzrə U17 Dünya Çempionatı yekun vurulub - Fotolar
Bakıda təşkil edilən güləş üzrə U-17 dünya çempionatına yekun vurulub.
Azərbaycan komandası turniri 7 medalla başa catıb.
Son gündə 51 kiloqram çəki dərəcəsində yarışan sərbəst güləşçi İbrahim Həsənov gümüş medal əldə edib.
Daha əvvəl yunan-Roma güləşçilərindən Əli Cavadlı (45 kiloqram), Abdurrahman Hüseynli (51 kiloqram) və İsfahan Həsənov (80 kiloqram) gümüş, Ömər Salmanov (48 kiloqram), Elmir Çərkazov (60 kiloqram) və Orxan Həbibli (65 kiloqram) isə bürünc medal qazanıblar.
Fotolar: Nadejda Cavad (AFB)
