• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

Gəncədə cüdo üzrə Avropa Kuboku - Fotolar

Aprelin 4 və 5-i tarixində Gəncədə yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku keçirilib.

Gəncə İdman Sarayında təşkil olunan beynəlxalq turnirin ilk günündə 8 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib.

Azərbaycan cüdoçuları günü 1 qızıl, 4 gümüş və 8 bürünc olmaqla ümumilikdə 13 medalla başa vurublar.

Beynəlxalq turnirin son günündə isə daha 8 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib. Azərbaycan cüdoçuları ikinci günü 2 qızıl, 1 gümüş və 8 bürünc olmaqla ümumilikdə 11 medalla başa vurublar.

Beləliklə, Azərbaycan millisi Gəncə Avropa Kubokunu ümumilikdə 3 qızıl, 5 gümüş və 16 bürünc olmaqla 24 medalla komanda hesabında 2-ci pillədə tamamlayıb.

Fotolar: İlham Mustafayev (AFB)

gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image