-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
14 fevral 2026-cı il tarixində saat 15:00-da Mingəçevir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində tanınmış fotoqraf Əli Əkbərin “Təbiətin səssiz musiqisi” adlı fotosərgisinin açılışı baş tutacaq.
Sərgidə müəllifin müxtəlif coğrafiyalarda lentə aldığı təbiət mənzərələri, vəhşi fauna və landşaft fotoları nümayiş etdiriləcək. Bu fotolar vasitəsilə tamaşaçı təbiətin səssiz, lakin dərin və poetik ritmini hiss etməyə, insanla təbiət arasındakı harmoniyanı yenidən kəşf etməyə dəvət olunur.
Layihənin əsas məqsədi təbiətin estetik gözəlliyini, onun daxili ritmini və vizual ahəngini foto sənəti vasitəsilə tamaşaçıya çatdırmaq, eyni zamanda ekoloji düşüncəni və təbiətə həssas münasibəti təşviq etməkdir.
Fotosərgi Azərbaycan Fotoqrafları Birliyi, Mingəçevir Dövlət Universiteti və Mingəçevir Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə keçirilir.
📍 Məkan: Mingəçevir şəhəri, Heydər Əliyev Mərkəzi
🗓 Tarix: 14 fevral 2026
⏰ Saat: 15:00
Sərgiyə giriş sərbəstdir.
