• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

Fotoqraf və videoqraflar üçün böyük imkan!

FUJIFILM şirkəti yaradıcı layihələri dəstəkləmək və yeni nəsil məzmun yaradıcılarını həvəsləndirmək məqsədilə təsis etdiyi "GFX Challenge Grant Program 2026" qrant proqramına müraciətlərin qəbulunu elan edir. Proqram həm həvəskar, həm də peşəkar fotoqraf və videoqraflar üçün açıqdır.

İddiaçılar öz ideyalarını həm fotoşəkil (still photography), həm də video/film formatında təqdim edə bilərlər. Layihələr ümumilikdə 15 qalib arasında bölüşdürüləcək.

Qrant Mükafatları və İmkanlar

Proqram çərçivəsində iki kateqoriya üzrə mükafatlar nəzərdə tutulub:

  • 5 Qlobal Qrant Mükafatı (Global Grant Award):

    • 10,000 ABŞ dolları məbləğində maliyyə dəstəyi;

    • Layihə müddətində GFX sistem kamerası (o cümlədən yeni "FUJIFILM GFX ETERNA 55") və 2 ədəd GF obyektivindən ödənişsiz istifadə imkanı;

    • FUJIFILM mütəxəssisləri tərəfindən mentorluq və texniki dəstək.

  • 10 Regional Qrant Mükafatı (Regional Grant Award):

    • 5,000 ABŞ dolları məbləğində maliyyə dəstəyi;

    • Layihə müddətində GFX sistem kamerası və 2 ədəd GF obyektivindən ödənişsiz istifadə imkanı;

    • FUJIFILM mütəxəssisləri tərəfindən mentorluq və texniki dəstək.

Müraciət Tələbləri

Müraciət etmək üçün aşağıdakı 3 hissədən ibarət tək bir PDF sənəd (həcmi 10 MB-dan çox olmamaq şərtilə) hazırlanmalıdır:

  1. Ön Səhifə (Preformatted Cover Letter): Şirkətin təqdim etdiyi hazır formanın doldurulmuş versiyası.

  2. Layihə Təklifi (Project Proposal): Layihənizin məqsədi, konsepsiyası, icra planı, büdcə bölgüsü və gözlənilən nəticələri əks etdirən təsvir.

  3. Portfolyo (Portfolio): İddiaçının və ya komandanın əvvəlki işlərini əks etdirən foto/video nümunələri.

Qeyd: Təklif mətni ingilis dilində yazılmalıdır (ehtiyac olarsa, digər dildə tərcümə də əlavə oluna bilər). Dil bilik səviyyəsi qiymətləndirmə meyarlarına daxil deyil; əsas diqqət ideyanın özünəməxsusluğuna, yaradıcılığına və reallaşdırıla bilməsinə verilir.

Mühüm Tarixlər

  • Müraciət müddəti: 16 İyun – 17 Avqust 2026

  • I Mərhələ (Qiymətləndirmə): 18 Avqust – 6 Sentyabr 2026

  • II Mərhələ (Müsahibələr): 15 Sentyabr – 29 Sentyabr 2026

  • Final Mərhələsi: 3 Oktyabr – 24 Oktyabr 2026

  • Qaliblərin elanı: Yanvar 2027

  • Layihənin yekunlaşması: 17 May 2027-ci ilədək

Proqram şərtləri, örtük məktubu şablonunun yüklənməsi və müraciət formasını doldurmaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz:

👉 Daha ətraflı