-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
Azərbaycan Fotoqrafları Birliyinin (AFB) təşkilatçılığı ilə "Chillkhana"da fotoqraf Fərhad Sultanovun ustad dərsi baş tutub. Tədbir fotoqrafiyaya maraq göstərən gəncləri və peşəkarları bir araya gətirərək nəzəri biliklərlə praktiki təcrübəni eyni məkanda birləşdirib.
Ustad dərsi çərçivəsində iştirakçılara fotoaparatdan düzgün istifadə ilə yanaşı, işığın mahiyyətini anlamaq, adi bir anı bədii dəyərə malik kadr səviyyəsinə yüksəltmək və fərdi baxış bucağını formalaşdırmaq mövzularında ətraflı məlumat verilib. Fərhad Sultanov öz peşəkar təcrübəsindən nümunələr paylaşaraq fotoqrafiyanın yalnız texniki bacarıq deyil, eyni zamanda düşüncə və vizual hekayəçilik sənəti olduğunu vurğulayıb.
Tədbir zamanı kompozisiya, işıqlandırma, rəng harmoniyası, kadr seçimi və vizual hekayə quruculuğu kimi əsas fotoqrafiya prinsipləri müzakirə olunub, həmçinin praktiki çəkilişlər vasitəsilə bu biliklərin tətbiqi həyata keçirilib. İştirakçılar ustad dərsini interaktiv formatda davam etdirərək suallarını ünvanlamaq və canlı müzakirələr aparmaq imkanı qazanıblar.
Ustad dərsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və fotoqrafiya sahəsində biliklərin dərinləşdirilməsi baxımından faydalı platforma kimi dəyərləndirilib. AFB gələcəkdə də bu tip maarifləndirici və peşəkar inkişafı dəstəkləyən tədbirlərin davam etdirilməsini planlaşdırır.
