• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

Formula-1 üzrə 2024-cü il Azərbaycan Qran-prisi keçirildi

«Formula-2» üzrə yarış, ardınca isə həftəsonunun əsas yarışı - Formula-1 üzrə 2024-cü il Azərbaycan Qran-prisi keçirildi.

Formula-2 yarışının əvvəlində trasda 5 bolid toqquşdu, nəticədə beş pilot yarışı dayandırmalı oldu. Bunlar Kuş Maini (Invicta Racing), Oliver Goethe(MP Motorsport), Xose-Maria Marti (Campos Racing), Rafael Villagomes (Van Amersfoort Racing) və Nils Koolen (AIX Racing) idi.

Daha sonra Prema Racing komandasının pilotu Gabriele Mini bolidi baryerlərə çırpdı.

Bu yarışın nəticələri belə oldu:
Formula-2 üzrə Azərbaycan Qran-prisinin qalibi Trident komandasından olan Niderlandlı pilot Riçard Verskoor oldu. İkinci yeri ART Grand Prix komandasından Viktor Martins, üçüncü yeri isə Prema Racing pilotu Andrea Kimi Antonelli tutdu.

Formula-1 üzrə əsas yarış rəsmi açılış mərasimi ilə başladı. Dövlət himnini Nadir Rüstəmli ifa etdi. Daha sonra yarışa start verilərək podium uğrunda mübarizə başladı.

Əvvəlki gün Ferrari pilotu Şarl Lekler sıralanma turunu qazandığı üçün ilk yerdən start götürdü. McLaren pilotu Oskar Piastri ikinci, Leklerin komanda yoldaşı Karlos Sayns isə üçüncü pozisiyadan başladılar.

Yarışın sonuna bir dövrə qalmış ciddi qəza baş verdi - Ferrari pilotu Karlos Sayns və Red Bull pilotu Serxio Peres bir-birinə çırpıldılar.

Şarl Lekler 20 dövrə boyunca liderliyini qorusa da, dah sonra McLaren pilotu Oskar Piastri bu posiziyasını ondan aldı və 2024-cü il Azərbaycan Qran-prisinin qalibi oldu. Ferrari pilotu Şarl Lekler ikinci, Mercedes pilotu Corc Rassel isə üçüncü oldu.

Ardınca qaliblərin təltifetmə mərasimi keçirildi. Qalib idmançının və qalib komandanın şərəfinə müvafiq olaraq Avstraliya və Böyük Britaniyanın dövlət himnləri səsləndirildi.

Mükafatları təqdim etdilər:
Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov,
Gənclər və idman naziri Fərid Qayıbov,
Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov,
Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd ben Sulayem,
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin baş icraçı direktoru Maqsud Fərzullayev.

Fotoqraf: Nadejda Cavad