• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

Eltac Zeynalovun 40 illik yubileyinə həsr olunmuş "40 Yaş – Xatirə Sərgisi"

Sizi 24 iyul 2026-cı il, saat 19:00-da, PHIGARO Gallery (PHI Cafe, Bakı) məkanında keçiriləcək istedadlı fotoqraf Eltac Zeynalovun 40 illik yubileyinə həsr olunmuş "40 Yaş – Xatirə Sərgisi"nə dəvət edirik.

Bu sərgi vaxtsız aramızdan ayrılmış fotoqraf Eltac Zeynalovun həyatına, yaradıcılığına və sənət irsinə ehtiram əlaməti olaraq təşkil olunur. Onun obyektivindən dünyaya baxış, insan duyğularını və həyatın müxtəlif çalarlarını əks etdirən fotoları bu gün də öz dəyərini qoruyur.

Eltac Zeynalov gənc yaşlarında dünyasını dəyişsə də, yaratdığı əsərlər və sənətə olan sevgisi onu tanıyanların, həmkarlarının və fotoqrafiya ictimaiyyətinin yaddaşında yaşayır. Bu sərgidə müəllifin seçilmiş əsərləri nümayiş etdiriləcək, onun yaradıcılıq yolu xatırlanacaq və sənət irsi bir daha anılacaq.

"40 Yaş – Xatirə Sərgisi" Azərbaycan Fotoqrafları Birliyi və Mifantastt təşkilatının birgə təşkilatçılığı ilə keçirilir. Tədbirin məqsədi Eltac Zeynalovun yaradıcılığını yaşatmaq, onun sənət irsini daha geniş auditoriyaya çatdırmaq və xatirəsini ehtiramla yad etməkdir.

Sizin tədbirdə iştirakınız və bu xatirə sərgisinin işıqlandırılması Eltac Zeynalovun yaradıcılığının daha geniş ictimaiyyətə tanıdılmasına mühüm töhfə verəcək.

Tədbirin məlumatları:

Tarix: 24 iyul 2026
Saat: 19:00
Məkan: PHIGARO Gallery (PHI Cafe, Bakı), Rəşid Behbudov küçəsi, 54B

gallery image