• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

“Elite Polo Club” çimərlik polosu üzrə beynəlxalq turnirin qalibi olub - Fotolar

“Elite Polo Club” “Sea Breeze” istirahət mərkəzində təşkil olunan çimərlik polosu üzrə beynəlxalq turnirin qalibi olub.

Azərbaycan təmsilçisi həlledici oyunda İsveçrənin “Sankt Moritz” klubu ilə qarşılaşıb. İkinci fasilə ərəfəsində 5:0 hesabı ilə öndə olan “Elite Polo Club” yekunda rəqibinə 6:4 hesabı ilə qalib gəlib. Azərbaycan komandasının son qolunu Elçin Camallı vurub.

Üçüncü yer uğrunda qarşılaşmada Böyük Britaniyanın “Red Star” klubu Rusiyanın “Moscow Polo Club” komandasını 9:5 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.

Mükafatlandırma mərasimində turnirin hakimlərinə “Doğru oyun” medalı təqdim olunub. Rusiya təmsilçisi İvan Romanovski ən yaxşı komanda rəhbəri, Raul Laplaset isə turnirin ən yaxşı oyunçusu seçilib.

Yekun nəticələrə əsasən, “Moscow Polo Club” dördüncü yeri tutaraq iştirak medalı və sertifikatla təltif olunub. “Red Star” bürünc, “Sankt Moritz” gümüş, “Elite Polo Club” isə qızıl medala layiq görülüb.

Turnirin qalibi “Elite Polo Club”a kuboku Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, gənclər və idman naziri Fərid Qayıbov və “World Polo” şirkətinin prezidenti Reto Qaudenzi təqdim ediblər.

Fotolar: Nadejda Cavad (AFB)

gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image