• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında qızıl medal qazandı! - Fotolar

Bakıda, Milli Gimnastika Arenasında təşkil olunan cüdo üzrə böyüklər arasında dünya çempionatında Azərbaycan milli komandasının üzvü Əhməd Yusifov möhtəşəm qələbəyə imza atıb.

-60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən cüdoçumuz mübarizəyə 1/16 final mərhələsindən qoşulub. O, ardıcıl olaraq Tumenjarqal Tuvşintur (Monqolustan), Harş Sinqh (Hindistan) və Ayub Bliyevə (Rusiya) qalib gələrək yarımfinala adlayıb. Yarımfinal qarşılaşmasında Çin Taypeyi təmsilçisi Yan Yunq-Veyi məğlub edən idmançımız adını həlledici mərhələyə yazdırıb.

Saat 18:00-da başlayan final blokunda Qazaxıstan idmançısı Şerzod Davlatovla üz-üzə gələn Əhməd Yusifov gərgin keçən görüşdə inamlı qələbə qazanaraq dünya çempionu adını və qızıl medalı əldə edib.

Fotolar: Mahir Əhmədov (AFB)

gallery image gallery image gallery image gallery image gallery image gallery image