-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
01 may 2026-cı il tarixində Azərbaycan Memarlıq və İnşaat Universiteti-nin Dizayn fakültəsində keçirilən Dizayn Həftəsi çərçivəsində “Urban Kod” adlı fotosərgi təşkil olundu.
Sərgi Azərbaycan Fotoqrafları Birliyi (AFB) ilə İtaliya dizayn nümayəndələrinin birgə əməkdaşlığı nəticəsində ərsəyə gələrək, fotoqrafiya və dizaynın kəsişmə nöqtəsində maraqlı vizual təqdimat ortaya qoydu.
“Urban Kod” layihəsi şəhər mühitinin estetikası, memarlıq dili və urban dinamikanın fotoqrafiya vasitəsilə ifadəsini əhatə edərək tamaşaçılara müasir şəhər baxışını fərqli rakurslardan təqdim etdi. Sərginin universitet mühitində baş tutması tələbələr, gənc memarlar və dizaynerlər üçün xüsusi əhəmiyyət daşıdı.
Tədbir eyni zamanda ölkədə qeyd olunan “Şəhərsalma və Memarlıq İli” ilə üst-üstə düşərək bu sahəyə diqqətin artırılmasına töhfə verdi.
Layihə həmçinin World Urban Forum 13 (WUF13) kontekstinə uyğun olaraq qlobal şəhər inkişafı ideyaları ilə səsləşərək yerli təşəbbüslərin beynəlxalq platformalarla əlaqəsini vurğuladı.
