• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

Cüdo üzrə böyüklər arasında Dünya Çempionatı - 2026 - Fotolar

Bakıda keçirilən cüdo üzrə 2026-cı il dünya çempionatının fərdi yarışlarında Azərbaycan millisi 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanaraq komanda hesabında dünya üçüncüsü oldu.

Yarışın ilk günündə Əhməd Yusifov (60 kq) möhtəşəm qələbə qazanaraq dünya çempionu oldu və komandamıza yeganə qızıl medalı bəxş etdi. 

Çempionatın ikinci günündə isə möhtəşəm açılış mərasimi baş tutdu, lakin bu gün cüdoçularımız medal qazana bilmədilər. 

Üçüncü gün Rəşid Məmmədəliyev (73 kq) gərgin mübarizədə fəxri kürsünün üçüncüsü pilləsinə yüksəlməyi bacardı. 

Dördüncü gündə millimizin aktivinə Zelim Tçkayev (81 kq) gümüş, gənc Ömər Rəcəbli (81 kq) isə bürünc medal yazdırdılar. 

Beşinci yarış günündə Murad Fətiyev (90 kq) çətin qarşılaşmalardan qalib ayrılaraq ölkəmizə növbəti bürünc medalı qazandırdı. 

Yarışların yeddinci günündə ağır çəkili cüdoçularımızdan Uşanqi Kokauri (+100 kq) gümüş, Kənan Nəsibov (+100 kq) isə bürünc medalın sahibi oldular. 

Çempionatın sonuncu günündə isə qarışıq komanda yarışları keçirildi. Bu yarışda xalça üzərinə çıxan Azərbaycan komandası, təəssüf ki, medal qazana bilmədi.

Fotolar: Nadejda Cavad (AFB)

gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image