-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
Naxçıvan mənzərəsi ilk baxışda sakitdir: geniş yollar, susqun həyətlər, dağlarla kəsilmiş bir səssizlik. Amma bu səssizliyin içində gözə çarpmadan, lakin israrla uzanan bir şey var — sarı rəngli, paslı, əyri-bükük qaz boruları. Bu borular Naxçıvanın hər küncündən naxış kimi uzanır.
Bu borular infrastruktur kimi deyil, vizual və simvolik çərçivələr kimi oxunur. Onlar evlərin arasından keçir, həyətləri ayırır, divarlarla yanaşı uzanır, bəzən bir pəncərəni dörd tərəfdən sıxır, bəzən bir insanı çərçivənin içində təsadüfən saxlayır. Sanki həyatın özündə gizli, qeyri-rəsmi sərhədlər çəkirlər.
Naxçıvanın ölkədən ayrı düşməsi necə ki görünməz, amma hiss olunan bir çərçivədirsə, bu borular da gündəlik həyatın içində eyni duyğunu təkrar edir. Onlar məkanı bölür, amma eyni zamanda insanları birləşdirir; təcridi xatırladır, amma həm də davamlılığı göstərir.
Bu fotolarda borular həm xətdir, həm kəsikdir, həm də metafor: əl çatmayanın, tək qalmanın, amma yenə də yaşamağın poetik xəritəsi.
“Çərçivəsiz" sərgisi Naxçıvana yalnız baxmağı deyil, onun içindən görməyi təklif edir: çünki bəzən sərhədlər xəritədə deyil, sadəcə gündəlik mənzərənin içində, gözümüzün qarşısında çəkilir.
Tarix: 07 fevral, 2026
Ünvan: Phigaro Gallery (Rəşid Behbudov küçəsi, 54B)
