• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

“Birliyin Gücü - 2026” birgə hərbi təlimi - Fotolar

21 sentyabr – 1 oktyabr 2026-cı il tarixlərində Bakı, Qarabağ iqtisadi rayonu, Naxçıvan Muxtar Respublikası və Xəzər dənizinin Azərbaycana məxsus akvatoriyasında “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilib.

Təlimin əsas məqsədi iştirakçı ölkələrin orduları arasında əməkdaşlığın genişləndirilməsi, şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və birgə əməliyyatlar zamanı bölmələr arasında koordinasiyanın gücləndirilməsi olub.

Təlim çərçivəsində hibrid təhdidlər və terror fəaliyyətlərinə qarşı mübarizə, yaşayış məntəqələrində antiterror əməliyyatları, qanunsuz silahlı qruplaşmaların zərərsizləşdirilməsi, kibertəhlükəsizlik, tibbi təxliyə, mina sahələrindən keçidlərin açılması, dəniz sərhədlərinin mühafizəsi və digər taktiki tapşırıqlar icra edilib.

Döyüş texnikası, aviasiya vasitələri, artilleriya sistemləri və pilotsuz uçuş aparatlarının cəlb olunduğu təlim zamanı müxtəlif bölgələrdə keçirilən əməliyyatların bir hissəsi fəxri qonaqlara onlayn rejimdə nümayiş etdirilib.

Təlimin gedişatını izləyən müdafiə naziri general-polkovnik Zakir Həsənov bu cür birgə təlimlərin şəxsi heyətin peşəkarlığının artırılması, qarşılıqlı təcrübə mübadiləsi, sülh və sabitliyin təmin olunması baxımından əhəmiyyətini qeyd edib.

Təlimin sonunda fərqlənən bir qrup hərbi qulluqçunun mükafatlandırılması mərasimi keçirilib və xatirə fotoları çəkilib.

Fotolar: Vüqar İbadov (AFB)

gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image