-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
Milli Gimnastika Arenası 17–19 aprel tarixlərində yenidən möhtəşəm idman bayramına ev sahibliyi etdi. Bədii gimnastika üzrə keçirilən Dünya kubokunda 42 ölkədən 150-dən çox gimnast iştirak edərək tamaşaçılara unudulmaz anlar yaşatdı.
Üç gün davam edən yarışın ilk iki günü təsnifat mərhələsinə, sonuncu günü isə həyəcanlı finallara həsr olundu. Təsnifat mərhələsində fərdi gimnastlar halqa, top, gürzlər və lent alətləri ilə çıxış edərək bacarıqlarını nümayiş etdirdilər.
Çoxnövçülük üzrə nəticələrə əsasən, Ukraynanı təmsil edən Taisiia Onofriiçuk birinci yerə layiq görüldü. İkinci yeri Almaniya gimnastı Darja Varfolomeev, üçüncü yeri isə Bolqarıstan təmsilçisi Stiliana Nikolova tutdu.
Fotolar: Cəbrayıl Usubov (AFB)
