• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

Bakıda üzgüçülük üzrə dünya kuboku başladı - Fotolar

Bakı Su İdmanı Sarayında Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunan Üzgüçülük üzrə Dünya Kubokunun ilk final seansı baş tutub. Gərgin mübarizəyə səhnə olan ilk gündə 12 kateqoriya üzrə qaliblər müəyyənləşib.

Milli komandamızın üzvlərindən Abdurrəhman Rüstəmov, Anastasiya Boborıkina, Anastasiya Qnusina, Mehri Abdurəhmanlı, Oqtay Hüseynov və Vlastilina Xasyanova həlledici mərhələdə mübarizə aparıblar. Təmsilçilərimizdən Oqtay Hüseynov 400 metr məsafəyə sərbəst, Anastasiya Boborıkina isə 200 metr məsafəyə brass üsulu ilə yarışda şəxsi göstəricilərini yeniləməyi başarıblar.

Günün əsas idman hadisəsinə isə Avstraliya təmsilçisi Kemeron Makevoy imza atıb. O, 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışında 20.22 saniyəlik nəticə göstərərək Dünya Kuboku tarixinin yeni rekordçusu olub.

İlk günün final seansının nəticələri:

Kişilər:

50 m sərbəst: 1. Kemeron Makevoy (Dünya Kuboku rekordu — 20.22s), 2. Yeqor Kornev, 3. Şon Nivold

400 m sərbəst: 1. Karson Foster, 2. Lukas Anvo, 3. Yubo He

200 m arxasıüstə: 1. Piter Kutsi, 2. Bleyk Terni, 3. Dmitri Savenko

100 m kəpənək: 1. Cuner Çen, 2. So Oqata, 3. Daylen Karter

100 m brass: 1. Kiril Priqoda, 2. Kasper Korbo, 3. Haiyan Qin

100 m qarışıq: 1. Luke Barr, 2. Şeyn Kazas, 3. Piter Kutsi

Qadınlar:

50 m sərbəst: 1. Katarjina Vasik, 2. Siobhan Höge, 3. Taylor Rak

400 m sərbəst: 1. Freya Kolbert, 2. Anna Peplovski, 3. Tiaoşan Yan

50 m arxasıüstə: 1. Marrit Stinbergen, 2. Mariya Osetrova, 3. Ros Vanotterdiyk

200 m kəpənək: 1. Mohan Çanq, 2. Ellen Ualş, 3. Xiyanq Zhou

200 m brass: 1. Yevgeniya Çikunova, 2. Mona Mak Şerri, 3. Vitalina Simonova

100 m qarışıq: 1. Marrit Stinbergen, 2. Rus Vanotterdiyk, 3. Yitinq Yu

Fotolar: Cəbrayıl Usubov (AFB)

gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image gallery image