-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
Bakıda, French Institute in Azerbaijan məkanında Ukraynanın tanınmış fotoqrafı Oleksandr Qlyadyelovun “Look at Ukraine” adlı fotosərgisinin açılışı baş tutub. Tədbir Fransanın və Ukraynanın Azərbaycandakı səfirlikləri ilə birgə təşkil olunub.
Sərginin açılış mərasimində Fransanın Azərbaycandakı səfiri Sophie Laggoutte və Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev iştirak edərək qonaqları salamlayıblar və sərginin əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Tədbirdə diplomatik korpus nümayəndələri, o cümlədən Litvanın Azərbaycandakı səfiri, Fransanın mədəniyyət attaşesi, eləcə də müxtəlif ölkələrin səfirliklərinin və mədəniyyət institutlarının nümayəndələri iştirak ediblər.
Sərgidə Azərbaycan Fotoqrafları Birliyinin nümayəndələri də fəxri qonaq qismində iştirak ediblər. Tədbir çərçivəsində iştirakçılar Ukrayna cəmiyyətinin müxtəlif məqamlarını, insan talelərini və müasir reallıqları əks etdirən fotoşəkillərlə tanış olublar.
“Look at Ukraine” layihəsi sənədli fotoqrafiyanın dili ilə Ukraynanın həyatını, insanların gündəlik mübarizəsini və cəmiyyətin müxtəlif tərəflərini vizual şəkildə təqdim edir. Fotoqrafın əsərləri emosional gücü və real həyat hekayələrini əks etdirməsi ilə diqqət çəkir.
Sərginin açılışından sonra qonaqlar üçün kokteyl proqramı təşkil olunub və iştirakçılar müəllifin işləri ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, bu kimi tədbirlər müxtəlif ölkələrin fotoqrafları və mədəniyyət institutları arasında yaradıcı əlaqələrin inkişafına, foto sənətinin beynəlxalq səviyyədə təbliğinə mühüm töhfə verir.
