• AZ1065, Bakı şəhəri,
    Akademik Şəfayət Mehdiyev küçəsi, 91

  • B.e. - Ş. 9.00 - 20.00,
    Bazar günü BAĞLIDIR

"Bakı: Obyektivdə Zaman və Memarlıq" çərçivəsində təlim keçirildi

Bu gün “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən "Bakı: Obyektivdə Zaman və Memarlıq" məktəblilərarası mobiloqrafiya müsabiqəsinin ilk addımı atıldı - layihə çərçivəsində ilk fototəlim uğurla baş tutdu.

Təlim peşəkar fotoqraf Fərhad Sultanov tərəfindən keçirildi və gənc iştirakçılar üçün həm nəzəri, həm də praktiki baxımdan olduqca faydalı oldu.

Tədbir Kaspi Liseyi Ağ Şəhər, Azərbaycan Fotoqrafları Birliyi (AFB), Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Xətai rayon sektoru və Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirildi.

Təlim zamanı şagirdlər:

  • mobiloqrafiyanın əsaslarını

  • işıqla düzgün işləmə üsullarını

  • kadrın quruluşunu

  • kompozisiya qaydalarını
    öyrəndilər və mobil fotoqrafiyanın incəlikləri ilə yaxından tanış oldular.

Təlim çərçivəsində elan olunan fotomüsabiqə üzrə iştirakçılara praktiki tapşırıqlar verildi. Onların çəkəcəyi fotolar arasından seçilən ən yaxşı işlər yaxın zamanda təşkil olunacaq sərgidə nümayiş etdiriləcək.

Bu gün keçirilən təlim bir daha göstərdi ki, gənc nəslin fotoqrafiyaya marağı böyükdür və doğru istiqamətləndirildikdə onların baxışı şəhərin memarlığını və ruhunu tam fərqli rakursdan təqdim edə bilir.