-
AZ1065, Bakı şəhəri,
Akademik Şəfayət Mehdiyev küçəsi, 91 -
B.e. - Ş. 9.00 - 20.00,
Bazar günü BAĞLIDIR
İlk olaraq Vılkovski Panteleymon Tarasoviçin çəkdiyi foto 1910-cu illərdə təyyarədə uçuşa hazırlaşan pilot fotosu daha bir fotoqrafın irsinin araşdırılması istiqamətlərdə öz bəhrəsini vermişdir. Fotoqraf kimi idman janrında çəkən fotoqraflardan biri olmuşdur.
Vılkovski P.T. XX əsrin 30-cu illərinə qədər Bakıda fəaliyyət göstərmiş fotoqraflardan biri olmuşdur. O, öz fotoşəkillərini çox vaxt qısa “PATE” imzası ilə qeyd edirdi. Yaradıcılığında əsas yer idman mövzulu fotoqrafiyaya məxsus olub. Onun çəkdiyi fotolar arasında güləşçilər, ştanqa qaldıranlar, gimnastlar, bədən tərbiyəsi ilə məşğul olanlar, həmçinin müxtəlif idman yarışları, qrup portretləri və natural çəkilişlər xüsusi yer tutur.
Təqdim olunan fotoşəkillər Bakıda və ətraf bölgələrdə çəkilmişdir və həmin dövrdə Azərbaycanın idman həyatını əks etdirən qiymətli vizual material hesab olunur. İlk fotojurnalistlərdən biri kimi Fotoqrafiya tarixində yerini tutacaqdır. Təqdim olunan fotolar fotoqrafın nəvəsi Svetoslav Viktoroviç Vılkovski tərəfindən təqdim olunub. Fotolarda fotoqraf özüdə idmançılar arasında foto cəkdirmişdir. Bu onu göstərirki fotoqraf idmançılar arasında daha yaxın dostluq münasibətləri olmuşdur.
Fotoşəkillər haqqında məlumat
1. Bakı Texniki Məktəbinin müəllimləri. Vılkovski P.T. - soldan ikinci sırada.
2. Azərbaycan SSR güləşçilər bölməsi.
3. Azərbaycanın ştanqa qaldıranlar bölməsi.
4. “Dinamo” futbol klubu, 1923-cü il.
Komanda Gürcüstanda keçirilən yarışda qalib gələrək kubok qazanmışdır. Qrup fotoşəkli komanda üzvləri və azarkeşlərlə birlikdə çəkilmişdir. Çəkiliş yeri: Qubernator bağı. Vılkovski P.T. — soldan üçüncü sırada, profildə.
5. KUS “Trud” idmançıları. 1924-cü il.
6. Yüngül atletlər (qaçış), “Dynamo” idman cəmiyyəti. Çəkiliş yeri: Bakı Filarmoniyasının yay verandası.
7. Motoyarışlarda iştirak edən qadın idmançı.
8. Vılkovski Panteleymon Tarasoviç — Bakı fotoqraflar cəmiyyətinin həqiqi üzvü olmuşdur.
"İRS" jurnalının gələcək nömrələrində daha ətraflı araşdırmamızı təqdim edəcəyik.
ourbaku.com saytının materialarına istinad olunmuşdur.
