17.11.2025
Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində son oyununu keçirib - Fotolar
Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində son oyununu keçirib.
Ayxan Abbasovun komandası Bakıda Fransa yığması ilə qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika stadionundakı görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun 4-cü dəqiqəsində Renat Dadaşov Azərbaycanı önə çıxarsa da, fransızlar cavab olaraq 17-ci dəqiqədə Jan-Filipp Mateta, 30-cu dəqiqədə Manes Akliuşun qolları və 45+1-ci dəqiqədə Şahruddin Məhəmmədəliyevin avtoqolu ilə fərqləniblər.
Fotolar: Elmir Kərimov
